“Arayik Arutyunyanın mübarizə ilə bağlı bütün açıqlamaları yalandır”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “deputat”ı Metakse Akopyan jurnalistlərə deyib.
“Arayik Arutyunyanın “bəyanat”ı Qarabağda çox pis qarşılandı. Siyasi şərh etsək, bu bəyanatla o, suverenlikdən imtina edir. Belə çıxır ki, Araik Arutyunyan üçün “Artsax”ın suverenliyi qırmızı xətt deyil”, – deyə o bildirib.
Metakse Akopyana görə, Arutyunyan nə döyüşür, nə də döyüşmək niyyətindədir, əksinə, siyasi mülayimliyi ilə Qarabağın Azərbaycanın bir hissəsi olmasına kömək edir.
“O deyir ki, əgər cəmiyyətimizdə fərqli düşünən insanlar və ya qruplar varsa, onlar çıxıb nümayiş keçirə, hökumət qura və inteqrasiyaya gedə bilərlər. Bununla o, beynəlxalq ictimaiyyəti və soydaşlarımızı çaşdırır və göstərir ki, burada belə adamlar ola bilər. Özü də “nazirlər şurası”nın iclasında yalan danışıb. “Arsax”da inteqrasiyaya hazır olan bir nəfər də yoxdur. Bu, bir şeyi sübut etdi ki, onun mübarizə ilə bağlı dediklərinin hamısı yalandır”, – Akopyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
