“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi “Real”a keçə bilər.
KONKRET.az xəbər verir ki, Madrid klubur “Liverpul”la müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq futbolçunu heyətinə qatmaq istəyir.
26 yaşlı arxa xətt oyunçusunun 2025-ci ilin yanvarından etibarən istənilən klubla danışıqlar aparmaq hüququ var. O, gələn yay komandanı azad agent kimi tərk etmək istədiyini də açıqlayıb.