Aleksandr Usik Coşuanı yenə məğlub etdi – VİDEObackend

Aleksandr Usik Coşuanı yenə məğlub etdi - VİDEO

WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş 12 raund davam edib.

Usik hakimlərin qərarına əsasən qalib elan olunub.

Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb.

Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*