Aleksey Malaşenkonun ŞƏRHİ: “Qafqaz bölgəsində vəziyyətə təsiri artacaq güclü bir “Türk faktoru” ortaya çıxdı”backend

Aleksey Malaşenkonun ŞƏRHİ: “Qafqaz bölgəsində vəziyyətə təsiri artacaq güclü bir "Türk faktoru" ortaya çıxdı”

“Rəsmi təbliğatı dinləsəniz, Qarabağ münaqişəsinin həll olunduğu görünə bilər. Ancaq reallıqda görünən odur ki, problem tam həll olunmamış qalır və münaqişənin tam həlli hələ çox uzaqdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış şərqşünas, islamşünas və politoloq Aleksey Malaşenko bildirib. O vurğulayıb ki, Azərbaycanın sərhədləri daxilində baş verənlər və bu qarşıdurmanın tam həllindən danışmaq hələ tezdir.

“Rəngli xəritələrə baxın və özünüzdən soruşun ki, Qarabağ nədir – Azərbaycanın bir hissəsimi, hansısa qəribə ərazi qurumu və ya başqa bir şey? Sərhəd rus əsgərləri tərəfindən qorunur. Bəs bu nə sərhəddir? – Azərbaycanın bölgələri arasında, Qarabağla Azərbaycan arasında və ya ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında”.

Politoloq qeyd edib ki, “Bu anlaşılmaz sərhəddə son razılaşmada qeyd edildiyi kimi, Rusiya qoşunları 5 il, hətta daha çox dayanacaq. Bəs daha sonra?”

Şərqşünas Azərbaycan və erməni sakinləri arasında yeni qarşıdurmaların yaranmasının mümkünlüyünü deyib. “Gələcəkdə onların qarşısını kim və necə alacaq?”, – deyə Aleksey Malaşenko soruşur.

O daha sonra bunları deyib:

“Atəşkəs münaqişənin birbaşa iştirakçıları – Bakı ilə İrəvan arasında qarşılıqlı razılığa görə deyil, xarici “oyunçuların” (Rusiya və Türkiyə nəzərdə tutulur – red), xüsusən də Rusiyanın səyləri sayəsində baş tutdu. Bu oyunçuların öz aralarında necə razılaşmağa davam edəcəklərini söyləmək asan deyil. İndiyə qədər Minsk Qrupunun uğursuzluğu göz qabağındadır. Lakin bütün Qafqaz bölgəsindəki vəziyyətə təsiri artacaq güclü bir “Türk faktoru” ortaya çıxdı.

Beləliklə, Qarabağda və onun ətrafında baş verənlər barış deyil, çox vacib olsa da, bir fasilədir və Allah qorusun, uzun müddətli bir fasilə”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*