Alen Simonyan Azərbaycana qarşı İTTİHAMLAR SƏSLƏNDİRDİbackend

Alen Simonyan Azərbaycana qarşı İTTİHAMLAR SƏSLƏNDİRDİ

Ermənistan parlamentinin spikeri KTMT PA-nın iclasındakı çıxışında Azərbaycana qarşı ittihamlar səsləndirib.

KONKRET.az xəbər verir ki, bu gün Ermənistan paytaxtı İrəvanda KTMT PA-nın iclası keçirilir. İclasda parlamentinin spikeri Alen Simonyan çıxış edib. O, Azərbaycanı İrəvana və Xankəndiyə qarşı “aqressiya”da günahlandırıb.

“Bakı İrəvan və Xankəndiyə qarşı aqressiyasını davam etdirir. Vəziyyət gərgin olaraq qalır. Azərbaycan rəhbərliyi özünün hərbi ritorikası ilə Cənubi Qafqazda sülh və sabitlik bərqərar etmək cəhdlərinə torpeda verməməlidir.

Dağlıq Qarabağ münaqişəsi ərazi mübahisəsi deyil, “Arsax” ermənilərinin öz vətənlərində təhlükəsiz yaşamaq hüquqları məsələsidir,

ATƏT-in Minsk qrupunun vasitəçiləri Qarabağ münaqişəsinin həllində əsas rol oynamalıdır”, – Alen Simonyan təşkilatın İrəvan toplantısında deyib.

Sergey Lavrov isə Ararat Mirzoyanla görüşüb.

“ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün gələcək fəaliyyətinə gəlincə, onların gələcək taleyinin necə olacağını bilmirəm. Çünki amerikalı və fransız tərəfdaşlarımız rusofobik zərbə ilə hər şeyi ləğv etməyə çalışırlar. Rusiyanı narahat edən budur ki, onlar  ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü ləğv edərək, bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildiriblər”, – Lavrov deyib.

Alen Simonyanın nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Litva Prezidenti ilə görüşdə sülh tərəfdarı olduğunu bəyan edib:

“Mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”.

Ölkə başçısının bu bəyanatını anlamayan və qanmayanlara artıq deməyə söz yoxdur!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*