“Ermənistanın qonşularına heç bir ərazi iddiası yoxdur“.
KONKRET.az xəbər verir ki, bunu çərşənbə günü Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan Almaniya Bundestaqının sədr müavini Katrin Görinq-Ekkardt ilə görüşüb.
Rəsmi məlumata görə, görüş zamanı müharibədən sonrakı vəziyyət, regionda uzunmüddətli sülhün bərqərar olunması məsələləri müzakirə olunub.
“Ermənistan regionda sülh və sabitliyin bərqərar olması gündəliyinə sadiqdir. Ermənistan regional infrastrukturların və nəqliyyat marşrutlarının açılması, Azərbaycanla sərhədin delimitasiyası üçün səylər göstərir. Ermənistanın qonşularına heç bir ərazi iddiası yoxdur”, – spiker deyib.
Alman həmkarı qeyd edib ki, o, regionda baş verən hadisələri diqqətlə izləyir və sülh danışıqları münaqişələrin həlli üçün effektiv yoldur.
Göring-Ekkardt Almaniyanın Cənubi Qafqaz regionunda baş verən hadisələri diqqətlə izlədiyini bildirib və münaqişələrin həllinin ən səmərəli yolunun sülh danışıqları olduğuna əmin olduğunu bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
