Alen Simonyan Gorus-Qafan yolunun Azərbaycana verilməsindən danışdıbackend

Alen Simonyan Gorus-Qafan yolunun Azərbaycana verilməsindən danışdı

” Gorus-Qafan yolu təslim edilməyib, bu, sadəcə sərhədin müəyyənləşdirilməsidir”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı Ermənistan parlamentinin spikeri, “Mülki Müqavilə” partiyasından deputatlığa namizəd Alen Simonyan çıxış edib.

Erməni spiker bu fikirləri “Ermənistan” partiyalar blokundan deputatlığa namizəd Anna Qriqoryanın ritorik sualına cavab verərkən səsləndirib. Qriqoryan debat zamanı 44 günlük müharibədən sonra Gorus-Qafan və Qafan-Çakaten yollarını Azərbaycana kimin təhvil verdiyi barədə ittiham irəli sürüb.

Simonyan isə cavabında yolların Bakının nəzarətinə keçməsinin birtərəfli güzəşt deyil, delimitasiya və demarkasiya prosesinin hüquqi tərkib hissəsi olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*