“Nazir Emin Əmrullayev deyib ki, təhsi̇ldə güzəşt vətənə xəyanətdi̇r. Bəli, çox yaxşı fikirdir. Reallıqda buna əməl etmirik, bəs bu bəyanatdan sonra necə, əməl edəcəyikmi? Bəs minlərlə 100-200 arası bal toplayan gənclərə bilikləri olmadığı halda attestat verib, universitetlərə qəbul etmək güzəşt deyilmi? Bundan kim udur? Vətəndaş, yoxsa dövlət? Heç biri. Vətəndaşın, dövlətin vaxtı və pulu hədər gedir, sonra da “sertifikasiyadan keçmədin” deyib 650 nəfəri bir əmrlə işdən çıxarırıq. Bu işdən azad olunanlar arasındakıların çoxu, bəlkə də, 350-450 arası bal yığanlar idi. Bəs 150-200 yığanların aqibəti necə olacaq? Bunun kökü ondadır ki, özləri demişkən, qəbul edilən qərarlar elmə, tədqiqatlara, araşdırmalara əsaslanmır. Necə olur ki, ekspertin hər sözünə qulp qoyub, illərlə aparılan araşdırma tələb edənlər öz qəbul etdikləri qərarlarda elmə əsaslanmırlar? Ekspertlərin heç bir resursu olmadığını yaxşı bilən məmurlar ondan ciddi araşdırma tələb edir, amma özləri bu qədər resurslara sahib olduqları halda niyə araşdırmasız dövlət əhəmiyyətli qərarlar verirlər? Bu qərar on minlərlə gəncin taleyini həll edir, 100 milyonlarla dövlət və şəxsi pulları hədər edir. Bu haqda düşünən varmı? Təhsildə olan bu düçüncə, idarəetmə tərzi nədir belə?”
KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış alim-pedaqoq İlham Əhmədov deyib.
O bildirib ki, ekspertin təklifi nə dövlətə, nə vətəndaşa maddi və mənəvi ziyan vurmur, sadəcə özündən razı məmurların qüruruna toxunur:
“Çünki səriştəsizlikləri üzə çıxır. Əgər sizə çətindirsə, düzgün qərarlar verməyi bacarmırsınızsa, onda heç olmasa təşəbbüslərə dəstək verin. Dövlət milyonlarla qrant pullarını, layihə pullarını niyə ayırır? Səxavətlə dostlara paylamağa? Heç onda dostlara edilən güzəştlərin vətənə xəyanət olması yada düşmür nədənsə. Əslində təhsildə edilən ən böyük xəyanətlərin biri də budur. Səthi qərarlar daim dərin fəsadlar yaradır”.
İ.Əhmədov bildirib ki, orta təhsilin bərbad olduğu şəraitdə ali məktəblərə qəbul planının ilbəil artırılması əvvəldən səhv qərar idi:
“Düzdür, bu, ali təhsilin kütləviləşməsinə xidmət edə bilər – indi bu qlobal trenddir, amma əvvəl məktəbi gücləndirmək lazım idi. Buna isə 30 il vaxtımız vardı. Amma əvvəllər qəbul edilən silsilə səhv qərarlar buna imkan vermədi. Savadsız gənclərin kütləvi şəkildə ATM qəbulu səhv qərardır. Bu gün edilən belə güzəştlər bu tələbələrin təhsil illərində də davam edəcək, bunların 90-99% -i diplom alacaq. Çünki ATM onların ödədiyi təhsil haqqına möhtacdır, xüsusən də publik hüquqi şəxs olduqdan sonra… Vəziyyətdən çıxış yolu varmı? Təbii. Amma bu variant çox bahalıdır, inanmıram ki, reallaşa. Ali təhsil dövlət hesabına tam maliyyələşməli, tələbələrə də qiymətlərdə heç bir güzəşt edilməməlidir. Bu halda təbii seçimlə qalan 50% diplom alacaq, dövlətə də xəyanət olmayacaq. Bəs insan kapitalı keyfiyyətsizdirsə, onun nə mənası, nə faydası? Belə isə, güzəştlə bağlı bu bəyanat nəyə xidmət edir görəsən? Bugünkü qətiyyət 650 nəfərin 1 gündə işdən çıxarılmasına xidmət edirdi? – Nazirin “düzgün suallar qoyaq …” çağırışına cavablar silsiləsindən…”//Pravda.az
E.Əmrullayev nazir təyin ediləndə çox ümid yarandı ki, nəhayət təhsildə nəsə müsbət dəyişiklik baş verəcək. Lakin xaricdə təhsil alıb vəzifə alan digərləri kimi, bu da ümidləri boşa çıxardı. Bərbad günə salınmış təhsilimizi bir az da bərbad elədi. Nazirin hər ağzından çıxan kəlmələri onun təhsildən nə qədər uzaq olduğunu təsdiq edir. Göz önündə məktəblərdə biyabırçılıqlar günü gündən vüsət alır. Təssüf…
1-DIM HANSI ƏSASLA UNİVERSİTETLƏRƏ 150-200 BALLA ABİTURİYENTLƏRİ SOXUŞDURUR?
2-UNİVERSİTETƏ KEÇİD BALINI NİYƏ UNİVERSİTET YOX DİM MÜƏYYƏN EDİR?
3-DİM NİYƏ YALNIZ İMTAHAN KEÇİRMƏKLƏ MƏŞĞUL OLMUR?
4-“ELM VƏ TƏHSİL NAZİRLİYİ” – ELMDƏ VƏ TƏHSİLDƏ DÜNYA BAZARINI VƏ TƏCRÜBƏNİ “ÖYRƏNƏ” BİLİBMİ?
5-DOĞRUDANMI BU QURUM “ELM VƏ TƏHSİL NAZİRLİYİ” -DİR?
6-MİLLƏTİMİZİN VƏ DÖVLƏTİMİZİN GƏLƏCƏYİNİ BALTALAYAN BU 2 QURUM NİYƏ CƏMİYYƏTƏ HESABAT VERMİR ?
7-MİLLƏT VƏ DÖVLƏT OLARAQ BUNAMI LAYİQİK?
Dünənə qədər müəllim fikirləşirdi ki,dərsdən sonra hansı işə gedim pul qazanım.İndi vəziyyət dəyişib, müəllim ancaq sertifikasiyani fikirləşir ki,necə etsin ki, kəsilməsin.
Görəsən,nazirliyin əlaqədar işçiləri sertifikasiyadan keçə bilərmi,halbuki təhsillə bəlkə heç əlaqəsi olmayan insanlar müəllimləri lazımsız suallarla imtahana salır,müsahibədə istədikləri sualı verirlər.
İşdən azad olunan 650 nəfər insanın şəxsiyyəti, hörməti, insanların onlara münasibətini fikirləşən oldumu?!Məsələ təkcə maaş deyil,elə bilirsiniz müəllimi sertifikasiyadan sonra verilən qəpik-quruş maraqlandırır,əsla,əsas məsələ kəsilmək qorxusu və hörmətdən düşməməkdir,müəllim buna çalışır.