“Çexiya Avropa İttifaqından kənarda etibarlı tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə çalışır və bu, xüsusilə enerji sahəsində ön plana çıxır”.
KONKRET.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan, Qazaxıstan və Özbəkistana planlaşdırdığı səfər ərəfəsində mətbuata açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, neft və qaz tədarükü ilə bağlı aparılan danışıqların yaxın dövrdə həlledici rol oynayacağı gözlənilir:
“Artıq 2026-cı ildə Azərbaycan Çexiyanın ən böyük neft təchizatçısına çevrilib və ölkəyə ümumi idxalın 42 faizini oradan təmin edilir”./globalinfoaz
