Alla Puqaçovanın ərinin adı “xarici agent” siyahısında qaldı – Şikayət təmin olunmadıbackend

Alla Puqaçovanın ərinin adı “xarici agent” siyahısında qaldı – Şikayət təmin olunmadı

Moskva Şəhər Məhkəməsi tanınmış teleaparıcı Maksim Qalkin və aktyor Semyon Slepakovun apellyasiya şikayətini təmin etməyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sənətçilər Zamoskvoretski rayon məhkəməsinin qərarının ləğv olunmasını tələb ediblər. Bu məhkəmə instansiyası onların adlarının “xarici agent”lərin reyestrində saxlanması barədə qərar qəbul edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi M.Qalkini 2022-ci ilin sentyabrında, S.Slepakovu isə 2023-cü ilin aprelində “xarici agent”lərin reyestrinə daxil edib.

Qalkin və Svetlakov Ukraynadakı hərbi əməliyyatları pisləyiblər və ölkəni tərk ediblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*