“Yaxın aylarda Rusiyanın təbii qaz tədarükü azalarsa, Almaniya tualet kağızı və karton kimi əsas tələbat malları qıtlığı ilə üzləşə bilər”.
KONKRET.az “Die Zeit”ə istinadən xəbər verir ki, bunu Bavariya Kağız Assosiasiyaları İdarə Heyətinin sədri Yurgen Şallerin deyib.
Onun sözlərinə görə, kağız istehsalı çoxlu su, elektrik və qaz tələb edir. Qaz çatışmazlığı kağız fabriklərinin zərərlə işləməsinə səbəb olur:
“Şirkətimdəki bir çox işçi çox narahatdır. Mən onları günahlandıra bilmərəm. Çünki cəmi 50 və ya 60 faiz kağız istehsal edə bilsək, bu bizim xeyrimizə olmayacaq. Düzünü desəm, mən də narahatam”.
Qeyd edək ki, Avropa İttifaqında Rusiyadan təbii qaz tədarükünün azalması müşahidə olunur.
Buna səbəb “Şimal axını 1” boru kəmərinin Portovaya kompressor stansiyasındakı turbin mühərriklərində texniki problemlərin yaranmasıdır.
İqbal Rzayev,
KONKRET.az
