Almaniya hökuməti Merkelin saçına bu qədər pul XƏRCLƏYİRbackend

Almaniya hökuməti Merkelin saçına bu qədər pul XƏRCLƏYİR

Angela Merkel kansler vəzifəsindən getdikdən sonra Almaniya hökuməti ona saç və makiyaj üçün təxminən 55 min avro ödəyib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş kanslerin bərbər və vizajisti bir ay ərzində təxminən üç min avro alır.

Məlumata görə, son bir ildə bu işə görə 37 780 avro ödənilib. Eyni zamanda, 2023-cü ilin əvvəlindən hökumət Merkelin vizajistinə və bərbərinə 17 200 avro xərcləyib.

Belə ki, Merkeli görüşlərdə müşayiət edən zaman işçilərin gediş-gəliş xərclərini də hökumət ödəyir.

“Vergi ödəyicilərinə siyasətçilərin vizajistlərinə və bərbərlərinə də pul ödəməli olduqlarını izah etmək çətindir. Bunun məbləği minimuma endirilməlidir və ya özəl olaraq ödənilməlidir”, – Almaniya Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Rayner Halznagel bildirib.

Ofisdən isə bildirilib ki, siyasətçilər stilistlərin xidmətindən öz rəsmi vəzifələrinin bir hissəsi kimi istifadə etdikləri üçün onların pulları büdcədən ödənilməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*