Trampa verilən bu hədiyyə ŞOK ETDİ – FOTObackend

Trampa verilən bu hədiyyə ŞOK ETDİ - FOTO

Antverpenin Ümumdünya Almaz Mərkəzi (AWDC) ABŞ Prezidenti Donald Trampa ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə 321 təbii brilyantla bəzədilən eksklüziv üzük hədiyyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, üzük antverpenli zərgər və almaz ustası David Qotlib tərəfindən hazırlanıb.

18 karatlıq qızıldan hazırlanan üzük 321 təbii brilyantla yanaşı, 75 qiymətli daşla da bəzədilib.

Hədiyyənin ABŞ və Belçika arasında uzunmüddətli tarixi ticarət əlaqələrini simvolizə etdiyi qeyd olunub.

Açıqlamada bildirilib ki, hədiyyəni ABŞ-ın Belçikadakı səfiri Bill Uayt qəbul edib. Diplomat ABŞ-ın bu “möhtəşəm üzük”dən dərin məmnunluq duyduğunu bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*