Son altı ayda Azərbaycanda 52 zəlzələ oldubackend

Son altı ayda Azərbaycanda 52 zəlzələ oldu

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək – red) maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.

KONKRET.az bildirir ki, “Report”un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası isə 4 və 4-dən yuxarı, ikisinin isə maqnitudası 5 və 5-dən yuxarı olub.

Həmin dövrdə baş verən təkanlar Xəzər dənizi, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar, Lerikdə qeydə alınıb.

Bundan başqa, son 6 ayda iki sürüşmə hadisəsi də baş verib.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*