Deniz Akkaya saxlanıldıbackend

Deniz Akkaya saxlanıldı

Türkiyənin tanınmış model və aktrisası Deniz Akkaya Kocaelinin Kartepe rayonunda baş verən insidentdən sonra polis tərəfindən saxlanılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, hadisədən əvvəl Deniz Akkaya İstanbuldakı evindən ayrılaraq Kartepenin Maşukiye məhəlləsində yaşayan yaxın dostu Kürşat A.-nın evində qalmağa başlayıb. İddialara əsasən, o, təxminən 20 gün əvvəl şəxsi əşyaları ilə birlikdə həmin ünvana köçüb.

Bildirilir ki, birlikdə yaşadıqları müddətdə tərəflər arasında bir neçə dəfə mübahisə yaşanıb. Sonuncu insident isə axşam saatlarında baş verib. Hələlik səbəbi açıqlanmayan mübahisədən sonra ev sahibi polisə müraciət edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Deniz Akkayanı saxlayaraq polis bölməsinə aparıblar.

Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumlar tərəfindən insidentin təfərrüatları və saxlanılmanın səbəbləri barədə əlavə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*