Almaniya ölkədəki son üç atom elektrik stansiyasını BAĞLADIbackend

Almaniya ölkədəki son üç atom elektrik stansiyasını BAĞLADI

Almaniya ölkədəki son üç atom elektrik stansiyasını bağlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts AES-in bağlanmasını 2022-ci ilin sonuna planlaşdırmasına baxmayaraq, stansiyaların istismar müddəti aprelin 15-dək uzadılıb.

Qeyd edək ki, Aprelin 15-dən Almaniya rəsmən atom elektrik stansiyaları olmayan ölkəyə çevriləcək.

Xatırladaq ki, Almaniya atom elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması planını 2011-ci ildə Fukusimadakı nüvə fəlakətindən sonra həyata keçirməyə başlayıb. Bu məqsədə nail olmaq üçün ölkədəki bütün AES-lərin mərhələli şəkildə dayandırılması, eləcə də bərpa olunan enerji mənbələrinin payının artırılması qərara alınıb. 2011-ci ildən o dövrdə fəaliyyət göstərən 17 AES-dən 8-i bağlanıb, qalanlarının isə 2022-ci ilin sonuna kimi bağlanması nəzərdə tutulurdu.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*