Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl (qısaməsafəli nəqliyyat vasitəsi – red.) tipli elektrik mikroavtobusları istifadəyə verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata əsasən, şatlların istiqamətləri bunlardır:
C1 – Xaqani bağı – Zərifə Əliyeva küçəsinin sonu, C2 – Sabir bağı – Əziz Əliyev küçəsinin sonu.
Bildirilib ki, bu şatllar həftə sonları və bayram günlərində saat 12:00-00:00 aralığında fəaliyyət göstərəcək. İnterval isə 7-10 dəqiqə olacaq.
