Almaniya prezidentinin Türkiyədə dönər kəsməsi ETİRAZ DOĞURDUbackend

Almaniya prezidentinin Türkiyədə dönər kəsməsi ETİRAZ DOĞURDU

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə səfəri zamanı dönər kəsməsi ölkəsində müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, aprelin 22-24-də Türkiyə səfərə gələn prezident Berlindən özü ilə 60 kiloqramlıq dönər gətirib və onu İstanbulda şəxsən kəsib.

Ştaynmayer dönərin artıq Almaniyanın milli yeməyinə çevrildiyini bilıdirib.

İngiltərənin “Guardian” qəzetinin xəbərinə görə, Almaniya prezidentinin “dönən diplomatiyası” Almaniyadakı türklər tərəfindən “klişe hərəkət” kimi qiymətləndirilib.

Qəzet Almaniyada yaşayan bir çox türkün sosial mediada Ştaynmayeri tənqid etdiyini, Almaniya liderinin türkəsilli insanlara bərabər şəxsiyyət kimi yanaşmadığını yazıb.

Jurnalist Ozan Dəmircan bildirib ki, Ştaynmayer Türkiyəyə dönəri deyil, COVID peyvəndini hazırlayan “BioNTech”in qurucuları Uğur Şahin və Özlem Türeci və ya bu il Almaniyanın Oskar namizədi olan rejissor İlker Çatakı misal göstərə bilər. Dəmircan X sosial media platformasındakı mesajında “milyonlarla miqrant Almaniya iqtisadiyyatının qurulmasına kömək edib. Almaniya lideri isə Türkiyəyə kababçı aparır”.

Almaniyanın ictimai televiziya kanalında Tuncay Özdamar Ştaynmayerin dönər kəsməsini qınayıb: “Yaxşı, əgər elədirsə, İtaliyaya gedəndə pizza niyə aparmırsan?”.

Bəzi alman jurnalistlər də Almaniya liderinin bu addımını “utancverici hal” kimi qiymətləndirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*