Almaniyanın səfiri Aleksandr Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, mayın 6-da Almaniya Moskvanı hakim Almaniya Sosial Demokrat Partiyasının resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
