İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcəkbackend

İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək

İsveç parlamenti yaxın qohumlar arasında nikahı qadağan edən yeni qanunu yekdilliklə qəbul edib.

KONKRET.az-ın “Sweden Herald”a istinadən verdiyi xəbərə görə, 1 iyul 2026-cı ildən etibarən əmioğlu-bibiqızı və digər yaxın qohumlar arasında nikahlar qadağan ediləcək.

Qanuna əsasən, qadağa doğma və ögey qardaş-bacılara, eləcə də övladlığa götürmə nəticəsində yaranan qohumluq münasibətlərinə də şamil olunur.

Yeni qaydalara görə, İsveç xaricdə bağlanmış belə nikahları da tanımayacaq.

Qeyd olunur ki, əmioğlu-bibiqızı nikahları İsveçdə XVII əsrdən bəri icazəli idi, lakin nadir hallarda baş verirdi.

Rəqəmlərə görə, ölkədə bu cür nikahlardan yaranmış təxminən 140-150 ailə var.

Hakimiyyət bu addımı əsasən bəzi regionlardan gələn miqrasiya fonunda mümkün artımla izah edir və məcburi nikahların qarşısının alınacağını bildirir.\\

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*