Almaniya XİN başçısının təyyarəsi təcili ENİŞ ETDİbackend

Almaniya XİN başçısının təyyarəsi təcili ENİŞ ETDİ

Almaniyanın xarici işlər naziri Annalena Berbokun təyyarəsi nasazlıq səbəbindən Əbu-Dabiyə məcburi eniş edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avstraliyaya gedirmiş.

Məlumata görə, layner yerli vaxtla saat 05:33-də Əbu-Dabi Beynəlxalq Hava Limanına enib. Bundan əvvəl təyyarə yanacaq doldurmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına gəlib. Lakin uçuşdan üç dəqiqə sonra ekipaj eniş qapaqlarında problem aşkar edib. Təyyarə 80 ton aviasiya kerosini yerə ataraq hava limanına qayıdıb.

Təyyarə texnikləri indi təmirin nə qədər davam edəcəyini müəyyənləşdirirlər. Berbokun Avstraliyaya səfər edib-etməyəcəyi hələ məlum deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*