Çinin şimalındakı Tsinxay əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Dunhuan şəhərindən 269 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
