30 illik səssizlik pozuldu – Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdıbackend

30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı

Dünyanın ən məşhur kahinlərindən biri kimi tanınan Baba Vanqanın vəfatından təxminən 30 il keçməsinə baxmayaraq, onunla bağlı yeni iddialar gündəmə gəlib. Baba Vanqanın gəlini Zdravka Yanevanın Bolqarıstan qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər illərdir gizli qalan bəzi məqamların ilk dəfə ictimaiyyətə açıqlanmasına səbəb olub.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, gəlin Yanevana indiyədək nə Bolqarıstan, nə də beynəlxalq mediada yer almayan xatirələrini bölüşmək qərarına gəlib.

O, Baba Vanqanın şəxsi həyatı və gələcəklə bağlı söylədiyi iddia olunan fikirlər barədə danışıb.

Gəlinin sözlərinə görə, Baba Vanqa ilə ilk dəfə hələ gənc yaşlarında tanış olub. Həmin vaxt kahin ona “sən bizim gəlinimiz olacaqsan. Sən mənim övladım olacaqsan” dediyini bildirib. Yaneva həmin sözlərə inanmadığını, lakin illər sonra Baba Vanqanın oğlu ilə ailə quraraq həqiqətən də bu ailənin üzvünə çevrildiyini deyib.

Yanevanın iddiasına əsasən, Baba Vanqa görmə qabiliyyətini itirməsinə baxmayaraq, evinə gələn insanların keçmişi, ailələri və gizli saxladıqları hadisələr barədə təəccüblü dərəcədə dəqiq məlumatlar verirdi. Onun sözlərinə görə, ziyarətçilərin yalnız haradan gəldiyini öyrəndikdən sonra Baba Vanqa onların vəfat etmiş qohumları, ailə sirləri və keçmişdə baş verən hadisələr barədə danışırdı.

Gəlin qeyd edib ki, Baba Vanqa bu qabiliyyətini heç vaxt üstünlük hesab etmirdi. Əksinə, bunu ömrü boyu daşıdığı ağır bir yük kimi qiymətləndirirdi.

Müsahibənin ən diqqətçəkən hissələrindən biri isə Baba Vanqaya aid edilən Üçüncü Dünya müharibəsi ilə bağlı iddialar olub. Yanevanın sözlərinə görə, Baba Vanqa gələcəkdə baş verəcəyini düşündüyü mümkün qlobal müharibəni “uzun, qanlı və bütün dünyaya yayılacaq” hadisə kimi təsvir edib. O bildirib ki, kahin bu barədə konkret tarix göstərməsə də, müharibənin bütün bəşəriyyətə ağır təsir edəcəyini deyirdi.

Gəlinin iddiasına görə, Baba Vanqa bəzən susaraq sanki gələcəklə bağlı görüntülər gördüyünü bildirirdi və həmin anlarda eşitdiyini dediyi səslərin ona insanlığın taleyi barədə mənzərələr göstərdiyinə inanırdı.

Yaneva bildirib ki, Baba Vanqa müharibədən sonrakı dövrü də olduqca qaranlıq şəkildə təsvir edirdi. Onun sözlərinə görə, kahin “insanların yaşayan ölülər kimi gəzdiyini görəcəksiniz. Onlar ac olacaqlar, qarınlarında yeməkdən əsər-əlamət qalmayacaq, üzlərində isə tam boş ifadə olacaq” deyirdi.

Gəlin əlavə edib ki, Baba Vanqanın fikrincə, müharibənin əsas fəsadları yalnız döyüş meydanları ilə məhdudlaşmayacaq, aclıq və sosial çöküş də bütün dünyaya yayılacaq.

Yaneva müsahibəsində Baba Vanqanın böyük dövlətlərlə bağlı baxışlarından da danışıb. Onun sözlərinə görə, kahin ABŞ-nin dünya üzərində hökmranlığının əbədi olmayacağını düşünürdü.

İddiaya görə, Baba Vanqa belə deyirmiş: “heç bir xalq dünyaya sonsuza qədər hökm edə bilməz. Amerika planetin sərvətlərini əbədi olaraq istismar edə bilməz. Bu imperiyanın da sonu gələcək.”

Rusiya ilə bağlı danışan Yaneva isə bildirib ki, Baba Vanqa bu ölkənin tamamilə süqut edəcəyinə heç vaxt inanmayıb. Onun sözlərinə görə, kahin Rusiyanın əvvəlcə siyasi və iqtisadi böhranlarla üzləşəcəyini, bir müddət zəifləyəcəyini, daha sonra isə yenidən qlobal miqyasda təsir gücünə malik olacağını düşünürdü.

Gəlin qeyd edib ki, Baba Vanqa bu təsirin hərbi gücdən deyil, bəşəriyyətə təsir göstərəcək böyük mənəvi oyanışdan qaynaqlanacağını söyləyirdi.

Yaneva müsahibəsində Baba Vanqanın psixoloji vəziyyəti barədə də danışıb. O bildirib ki, kahin gələcəklə bağlı gördüyünü iddia etdiyi hadisələr səbəbindən ağır psixoloji yük daşıyırdı. Buna görə də çox vaxt öncəgörmələrini bölüşmək istəmir, yalnız gördüyü mənzərələr dözülməz həddə çatanda danışırdı.

Onun sözlərinə görə, Baba Vanqa dünyanın taleyinin əvvəlcədən müəyyənləşdirildiyinə inanır, müharibələri, fəlakətləri və ölümləri dəyişdirə bilməyəcəyini düşündüyü üçün dərin ümidsizlik yaşayırdı. Yaneva iddia edib ki, Baba Vanqa ömrü boyu sahib olduğunu düşündüyü bu qabiliyyəti hədiyyə deyil, ağır bir lənət hesab edirdi./Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*