Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?backend

Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?

Hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan şəxslərin adına banklara olan kredit borclarının dondurulması ilə bağlı suallara aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, əsgərliyə gedənlərin kredit borcu dondurulmur, qanunda belə bir şey yoxdur.

Hüquqşünas həmçinin bildirib ki, kreditin dondurulması, ümumiyyətlə, qanunda yoxdur: “Şəxs əsgərlikdədir, yaxud xəstədir, öldü, bunun məsələyə aidiyyəti yoxdur. O, əmlakı ilə borcuna görə cavabdehdir. Bəli, ola bilər ki, bank güzəşt etsin, gözləsin. Yaxud gözləməyə də bilər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*