Almaniyada ifrat sağçıların hakimiyyətə gəlməsi təhlükə yaradır – Gizli müdafiə planı ilə bağlı narahatlıqbackend

Almaniyada ifrat sağçıların hakimiyyətə gəlməsi təhlükə yaradır – Gizli müdafiə planı ilə bağlı narahatlıq

Almaniyanın Saksoniya-Anhalt federal torpağında ifrat sağçıların hakimiyyətə gəlməsi halında, müdafiə planı həmin torpağın əlindən alınmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Bundesverin Ehtiyatda olan hərbçilər İttifaqı belə bir çağırış edib.

Təşkilat “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhaltda hakimiyyətə gələcəyi təqdirdə məxfi məlumatların Rusiyaya sızması riskindən xəbərdar edib.

“AfD ölkəmiz üçün böyük təhlükə yaradır”, – deyə təşkilatın rəhbəri Bastian Ernst bildirib.

Onun sözlərinə görə, “əgər partiya Saksoniya-Anhaltda hakimiyyətə gələrsə, Almaniyanın müdafiə planının və digər mühüm məlumatların Rusiyanın əlinə keçməsi ehtimalı çox yüksəkdir”.

Söhbət müxtəlif təhdidlər, o cümlədən hibrid hücumlardan tutmuş NATO-ya qarşı mümkün müharibəyə qədər fövqəladə vəziyyətlərdə dövlətin fəaliyyətini müəyyən edən, həcmi min səhifədən çox olan məxfi sənəddən – Operationsplan Deutschland (“Almaniyanın Əməliyyat Planı”) sənədindən gedir.

Bu plan Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra hazırlanıb.

Almaniya Müdafiə Nazirliyi DW-nin sorğusuna cavab olaraq şərh verməkdən imtina edib. Lakin nazirlik federal torpaqların müdafiə planının tam olmayan versiyasına malik olduğunu bildirib.

AfD-nin həssas məlumatları Rusiyaya ötürə biləcəyi ilə bağlı şübhələr Bundestag deputatları və federal torpaq səviyyəsində fəaliyyət göstərən siyasətçilər tərəfindən dəfələrlə səsləndirilib.

Bununla bağlı birbaşa sübutlar yoxdur. Lakin mümkün təhlükəsizlik riskləri məsələsi Almaniya federal hökumətində artıq uzun müddətdir müzakirə olunur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*