Alman hökuməti alman vətəndaşlığı olmayan insanların orduya qəbuluna başlayıb.
KONKRET.az xəbər verir ki, bu təklifi Almaniya Federativ Respublikasının müdafiə naziri Boris Pistorius Bild nəşrinə müsahibəsində şərh edib.
“Söhbət hələ alman pasportu olmayan, lakin alman dilini mükəmməl bilən, bu ölkədə yaşayan və bu ölkəyə xidmət etməyə hazır olan immiqrantlardan gedir”. – deyə müdafiə naziri qanunu şərh edib.
Pistoriusun sözlərinə görə, Ukraynadan olan qaçqınlar Almaniya ordusuna qoşula bilməyəcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
