Lobya, yüksək lif və zülal tərkibi ilə arıqlamağa kömək edən, qan şəkərini tənzimləyən və ürək-damar sağlamlığını dəstəkləyən qidalı bir paxlalı bitkidir. A, C, E, K vitaminləri və əvəzolunmaz minerallarla zəngindir.
KONKRET.az lobyanın əsas faydalarını təqdim edir:
Həzmi yaxşılaşdırır: Lifli quruluşu sayəsində bağırsaqları təmizləyir və qəbizliyin qarşısını alır.
Arıqlamağa kömək edir: Yağ və kalorisi aşağı, zülal və lif miqdarı isə yüksəkdir. Uzun müddət toxluq hissi yaradır.
Ürək sağlamlığını qoruyur: Xolesterini aşağı salır, qan təzyiqini tənzimləyir və insult riskini azaldır.
Sümükləri möhkəmləndirir: Tərkibindəki K vitamini sayəsində sümük əriməsinin (osteoporoz) qarşısını alır.
Diabetə qarşı təsirlidir: Qanda şəkər səviyyəsinin nəzarətdə saxlanmasına kömək edir.
Kimlərə olmaz?
Mədədə yüksək turşuluq, qıcqırma, reflüks, qastrit xəstəliyi olanlara
Mədəaltı vəz xəstəliyində
Xroniki böyrək xəstələri
Bağırsaqlarda ishal, kolit, kron kimi iltihabi xəstəlik və yaralar olanlara\\demokrat.az
