“Azparkinq”in ikili oyunu: Həm ödəniş, həm cərimə – FOTObackend

“Azparkinq”in ikili oyunu: Həm ödəniş, həm cərimə - FOTO

Bakıda parklanma sistemində yaşanan problemlər vətəndaşları çaşqınlıq içində qoymaqda davam edir.

“Azparking” və “ASANpay” arasında koordinasiyasızlığın qurbanı olan sürücülər həm ödəniş edib, həm də cərimə olunmaqla üz-üzə qalırlar.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Xalid Kazımlı bildirib.

Xalid Kazımlı evə buraxıldı | Axar.Az

Xalid Kazımlı

Onun sözlərinə görə, qəsəbədəki parklanma qaydalarına əməl etməsinə baxmayaraq, sistem tərəfindən həm xidmət haqqının çıxılması, həm də cərimə edilməsi anlaşılmazlıq yaradır: “Qəribə işdir: bu gün Bakıxanov qəsəbəsindəki ASAN xidmətin önündə avtomobilimi park etmişəm, Azparkinqə sorğu göndərmişəm. Axırda SON yazmışam, balansımdan 60 qəpik çıxıblar. Evə gəlirəm, ASANpay bu şəkli göndərib yazır ki, 20 manat cərimələnmişəm. Düz saxlamışamsa, niyə cərimə edirlər, doğru yerdə park etməmişəmsə, niyə xidmət haqqı çıxırlar? Özü də düz P lövhəsinin altıdır. Bu necə işdir?”.

Kazımlı qeyd edib ki, yaranan bu ikili vəziyyət sürücülərin hüquqlarının pozulması ilə yanaşı, elektron sistemlərin effektivliyinə olan etibarı da sarsıdır: “Sistemin həm ödənişi qəbul edib, həm də dərhal cərimə protokolu tərtib etməsi, texniki nasazlıqdan və ya məlumat bazalarının bir-biri ilə uzlaşmamasından xəbər verir ki, bu da sonda vətəndaşın büdcəsinə ziyan vurur”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*