“ABŞ hakimiyyəti İrandan Amerika mövqelərinə hücum etməməyi xahiş edib”.
KONKRET.az xəbər verir ki, bu sözləri İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi deyib.
O, bu barədə X səhifəsində yazıb:
“İran yazılı mesajında ABŞ-ı İsrailin baş naziri Benyamin Netanyahunun tələsinə düşməmək və zərər görməmək üçün geri çəkilmək barədə xəbərdarlıq edib. ABŞ buna cavab olaraq İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib”, – deyə Məhəmməd Cəmşidi bildirib.
Burhan,
KONKRET.az
