Amerikanın Aya və Marsa missiyalar üçün nəzərdə tutulmuş super ağır raketi olan “Starship”in buraxılışı yenə uğursuz olub.
KONKRET.az xəbər verir ki, bu, onun ikinci sınaq buraxılışı idi və uğursuzluqla nəticələnib. Texasda buraxılışdan cəmi 10 dəqiqə sonra raketin daşıdığı prototip kosmik gəmi ilə əlaqə kəsilib.
Raketi hazırlayan “SpaceX” şirkətindən bildirilib ki, avtomatik uçuş dayandırma sistemi ikinci mərhələdə işə salına bilərdi. Lakin gəmi daşıyıcıdan ayrıla bilməyib və raket Meksika körfəzi üzərində partlayıb.
Burhan
KONKRET.az