Ana qızının çantasından zəhərli ilan tapdı – FOTObackend

Ana qızının çantasından zəhərli ilan tapdı - FOTO

Avstraliyanın Kvinslend əyalətində yaşayan qadın təhlükəli anlar yaşayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, qızının oyuncaq qutusundan qırmızı rəngli zəhərli ilan aşkarlayıb.

Polis hadisə yerinə gələnə qədər ilan qonşuların köməyi ilə evdən çıxarılıb.

Təxminən üç-dörd barmaq qalınlığında olan ilanın sağlam olduğu öyrənilib. Heyvan ələ keçirildikdən sonra yenidən təbiətə buraxılıb.

Qeyd edək ki, qırmızı qarınlı qara ilanlar Avstraliyanın şərqində yayılıb. Belə ilanlar çox zəhərlidir və zəhərləri ilə qanaxma, şişlik, qusma, qarın ağrısı, ishal, tərləmə, əzələ ağrısı və zəifliyə səbəb ola bilərlər. Müalicə olunmayan sancmalar ölümcül ola bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*