Ana və 16 yaşlı övladı narkomaniyadan qurtulmaq istəyirlər – VİDEObackend

Ana və 16 yaşlı övladı narkomaniyadan qurtulmaq istəyirlər - VİDEO

Aparıcı Nail Kəmərli ana və yeniyetmə övladının narkomaniya asılılığından söz açıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, küçədə yaşayanr qadın və 16 yaşlı övladının köməyə ehtiyacı var:

“Qurban olum, nə olar, mənə kömək edin. Narkomaniyadan qurtulmaq istəyirəm. Özüm də, balam da bu vəziyyətdən çıxmaq istəyirik. Çöllərdə qalmışıq, yaşamaq çətindir, amma bizə dəstək lazımdır. Mən balama kömək etmək istəyirəm, onu bu bəladan uzaqlaşdırmaq istəyirəm.

Balam yazıqdır, mən də yazığam. Amma bu həyat bizi məhv edir. Sizdən xahiş edirəm, bizə kömək edin, dəstək olun. Nə olar, bizi tək buraxmayın, qurban olum sizə. Biz ana-bala ikimiz də iynə istifadə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*