Anemiya yarada biləcək xəstəlik açıqlandıbackend

Anemiya yarada biləcək xəstəlik açıqlandı

Anemiyaya səbəb ola biləcək xəstəlik məlum olub.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, revmatod artrit zamanı bədəndə gedən iltihabi proseslər qanda hemoqlobin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

İltihab artdıqda “interleykin-6” adlı maddə yüksəlir və bu da hepsidin adlı hormonun çoxalmasına gətirir. Hepsidin dəmiri sanki “kilidləyir” və bədənin onu istifadə etməsini çətinləşdirir. Yəni orqanizmdə dəmir olsa belə, qan yaranması üçün kifayət qədər əlçatan olmur.

Bu xəstəlik zamanı həm də dəmir çatışmazlığı, mədə-bağırsaq qanaxmaları, B12 vitamini və fol turşusu çatışmazlığı da müşahidə oluna bilər.

İltihab azaldıqda, adətən hemoqlobin də normallaşmağa başlayır.

Oynaqlarda ağrı və səhər sərtliyi kimi əlamətlər yaranarsa, səbəbi aydınlaşdırmaq üçün müalicəyə vaxtında başlamaq vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*