Angela Merkel koronavirus şübhəsilə karantinə alındıbackend

Angela Merkel koronavirus şübhəsilə karantinə alındı

Almaniya kansleri Angela Merkel karantinə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.

O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*