“Türkiyə öz sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək və lazımi tədbirləri görəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər deyib.
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi planlaşdırır. Bu barədə Bağdad administrasiyası ilə də razılıq əldə olunub.
“Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə istəmirik və lazım olanı edirik. Türkiyə Cümhuriyyətinin böyük dövlət olduğunu heç kim unutmamalıdır. Biz heç kimin əmrinə tabe olmadıq və olmayacağıq”, – Gülər “Hürriyet” qəzetinə ABŞ və Rusiyanın Türkiyənin genişmiqyaslı sərhəd əməliyyatına mümkün reaksiyasını müzakirə edərkən deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
