Ankarada kütləvi zəhərlənmə: Günahkar kimdir?backend

Ankarada kütləvi zəhərlənmə: Günahkar kimdir?

Ankaranın Sincan rayonunda tikinti sahəsində çalışan 154 fəhlə yeməkdən sonra özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

İlkin olaraq 120 nəfərin qidadan zəhərlənərək xəstəxanaya aparıldığı bildirilib. Daha sonra bu rəqəm 154-ə çatıb. Zəhərlənməyə iaşə şirkəti tərəfindən verilən yeməklərin səbəb olduğu ehtimal edilir.

Zərərçəkənlərdən 8-i ambulator müalicədən sonra evə buraxılıb. 142 nəfərin müalicəsi təcili yardım şöbələrində davam edir.

4 nəfərin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsində müalicə alır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*