Antiterror əməliyyatları zamanı komaya düşən hərbçimiz şəhid oldubackend

Antiterror əməliyyatları zamanı komaya düşən hərbçimiz şəhid oldu

Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE)  Qasımov Hacıəli Tahir oğlu dünən şəhid olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.

2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. Onun bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub.

Ailədə dörd övlad olublar.

Allah rəhmət eləsin.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*