Antiterror tədbirlərindən əvvəl İstanbulda gizli danışıqlar olub – POLITICObackend

Antiterror tədbirlərindən əvvəl İstanbulda gizli danışıqlar olub - POLITICO

ABŞ, Aİ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Türkiyədə gizli danışıqlar aparıblar.

KONKRET.az xəbər verir ki, bu barədə POLITICO yazır.

Bu görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir olsa da, ilk təmasdır. Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat POLITICO-ya bildirib ki, görüş sentyabrın 17-də İstanbulda baş tutub.

Onun sözlərinə görə, görüşdə Qarabağa gəlmiş yük maşınlarının necə hərəkət etdirilməsi, ərzaq və yanacaq təchizatının əhaliyə çatdırılması müzakirə edilib. Görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono, Aİ-ni isə xüsusi elçisi Toivo Klaar təmsil edib. Rusiya tərəfi isə Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndə İqor Xovayevi göndərib.

Qeyd edilir ki, Klaar son illərdə bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə danışıqlarda rabitə xətlərini saxlamağa çalışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*