“Səhhəti və psixoloji durumu yerindədir” – Araikin vəkilibackend

“Səhhəti və psixoloji durumu yerindədir” - Araikin vəkili

Xankəndində saxlanılaraq Bakıya gətirilən qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, Araik Arutyunyanın hüquqlarını vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Alov Səfərəliyev sosial media hesabında yazıb ki, bu gün Araik dindirilib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq”.

Vəkil qeyd edib ki, peşə borcunu vicdanla yerinə yetirəcək: “Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*