7 iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, onun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
