“Arutyunyan Azərbaycanın tələbləri ilə bağlı Paşinyanın mövqeyini təqdim etməlidir” – Abramyanbackend

"Arutyunyan Azərbaycanın tələbləri ilə bağlı Paşinyanın mövqeyini təqdim etməlidir" - Abramyan

“Arutyunyan Azərbaycanın inteqrasiya tələbləri ilə bağlı Paşinyanın mövqeyini təqdim etməlidir”.

KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” blokunun parlament fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Arsax” “prezident”i Nikol Paşinyanın Azərbaycan tələbləri ilə bağlı hansı mövqeyi ifadə etdiyini açıq şəkildə bildirməlidir.

Arutyunyan bildirib ki, Azərbaycan inteqrasiya tələb edir, əks halda güc tətbiq etməklə hədələyir. Bəs o, Paşinyanla bu mövzuda nə danışıb və ona nə deyib?

Paşinyan hakimiyyətinin yanaşmaları heç də məlum deyil. Lakin Arutyunyan-Paşinyan söhbəti ilə bağlı qeyd etdiyim mövzu açıqlanmalıdır. Onlar hansı son nəticəyə gəliblər, ümumiyyətlə gəliblər, ya yox? Arutyunyan cavab olaraq nə deyib?

Bu mövzu ilə bağlı müəyyən məlumatlar artıq mövcuddur, lakin bu barədə Arayik Arutyunyan məlumat verməlidir”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*