“AŞPA ölkələri məcbur edir ki, qeyri-ənənəvi oriyentasiya nümayəndələrini göndərin” – Volodinbackend

“AŞPA ölkələri məcbur edir ki, qeyri-ənənəvi oriyentasiya nümayəndələrini göndərin” - Volodin

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələrin parlamentlərini qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrini təşkilata göndərməyə məcbur edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalist Pavel Zarubinlə söhbətində deyib.

“AŞPA-nı müxtəlif növ qeyri-ənənəvi oriyentasiyalı insanlardan formalaşdırmağa başlayıblar. Özü də  müxtəlif ölkələrin parlamentlərini bu müxtəlif qrupların nümayəndələrini, transgenderlər və sairi AŞPA-ya göndərməyə məcbur edirlər. Onlar seçici və məcburi şəkildə qeyri-ənənəvi oriyentasiyalı şəxslərin təmsil olunmasını tələb edirlər”, – deyə Volodin bildirib.

AŞPA-nın Rusiya Federasiyasının müstəmləkəsizləşdirilməsi ilə bağlı qətnaməsini şərh edən Volodin qeyd edib ki, bu təşkilat çoxdan nəyisə həll etməyi dayandırıb:

“Vaşinqton və Brüssel tərəfindən yaradılan AŞPA Avropa dövlətlərini öz siyasi gündəmində saxlamaq məqsədi daşıyan strukturdur. Əslində o, çoxdan nəyisə həll etməyi dayandırıb. Onlar müstəsna olaraq siyasətbazlıqla məşğuldurlar və cəmiyyətə zərər vururlar. Səlahiyyət yoxdur, demaqogiya çoxdur, amma ən pisi odur ki, onlar Avropa birliyini məhv edirlər və ilk növbədə Avropa dövlətlərinə zərər verirlər”.

O əlavə edib ki, AŞPA “müxtəlif bəyanatlarla” təkcə Rusiyanı deyil, Belarusu, Türkiyəni, Azərbaycanı və təşkilata aidiyyatı olmayan ölkələri də gözdən salmağa çalışır.

Qeyd edək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxıb. Bu, Avropa Şurası Nazirlər Komitəsinin “Ukraynaya silahlı müdaxilə ilə əlaqədar” Rusiya Federasiyasının Avropa Şurası Parlament Assambleyasında və komitədə hüquqlarının dayandırılması barədə qərarına cavab olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*