Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilib – FOTOLARbackend

Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilib - FOTOLAR

Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclası keçirilib. Bu il Birliyə Qazaxıstan sədrlik edir.

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclasda TCCI-yə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri, dövlət qurumlarının, Türk Dövlətləri Təşkilatının və Türk İnvestisiya Fondunun nümayəndələri iştirak ediblər.

İştirakçılar Birlik çərçivəsində daha əvvəl qəbul edilmiş qərarların icrasını, həmçinin Türk Dövlətləri Təşkilatının qarşıdan gələn Dövlət Başçıları Sammitinə təqdim olunacaq təkliflərin hazırlanmasını müzakirə ediblər.

Gündəliyə TCCI-nin institusional inkişafı, vahid investisiya portfelinin formalaşdırılması və türk dövlətlərinin biznes dairələri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi məsələləri də daxil edilib.

Bundan əlavə, ortaq elektron ticarət və ixrac platformasının yaradılmasına, eləcə də üzv ölkələrin sahibkarları arasında əlaqələri asanlaşdıracaq rəqəmsal alətlərin tətbiqinə xüsusi diqqət yetirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bunları deyib:

“Yəni, bugünkü bizim yığıncaqda biz Azərbaycan tərəfi olaraq konkret təkliflərlə gəlmişik. Yəni, konkret təkliflərimiz var. Bu da, demək, bu Palatalar Birliyinin bundan öncəki qərarlarından irəli gələn məsələlərin həllidir. Birinci məsələ, Ticaret Palataları Birliyinin institusional inkişafıdır. Yəni, keçən dövrdə bizim sədirliyimizlə biz bu Palatalar Birliyini yönətdik və o ərəfədə biz gördük ki, qəbul olunan qararlar çox gec həyata keçir. Ona görə ki, Palatan özünün bir heyəti, Palatan özünün maliyyəsi olmadan bu məsələlər ləngiyir. Yəni, birinci məsələ odur. İkinci məsələ Zəngəzur koridorudur. Əlbərdur. Yəni, bizim ölkəyə yetərincə yatırım eləyib Cəngəzur koridoruna, amma ölkələr standartları, ümumi standartları, Türk Dövlətləri Birlik çərçivəsində, yəni, gömrük standartları, sertifikat standartları onları razılaşdırmasalar, yəni, bu məsələ bir az çətin eşidəcək, o cümlədən tariflər. Üçüncü məsələ rəqəmsallaşdırma məsələsidir. Rəqəmsallaşdırma məsələsində bizim qaldırdığımız məsələ odur ki, ölkələr bir-birinin rəqəmsal imzalarını tanısınlar. Yəni, əgər ölkələr bir-birini rəqəmsal imzaların bir-biri tanımasalar, məsələn, karavan netkimi, ondan sonra digər bir platforma var, biz platforması, bu platformalar sadəcə vitrin olaraq qalacaqlar. Çünki ölkələr arasında müqaviləni imzalamaq üçün rəqəmsal imzaları tanımaq lazımdır. Beşinci işə təklif elədiyimiz biznes mühiti indeksini Türk İzəriyyət Palatalar Birliyi tərəfindən aparılmasıdır. Yəni, bu çox vacibdir ki, həmin indeksi hesablayandan sonra biz nə cür inkişaf elədiyimizi görə bilirik və eyni zamanda ölkə başçıları da, Türk Dövlətləri Birliyinin ölkə başçıları da həmin məlumatı görə bilirlər ki, harada biz inteqrasiyanı artıra bilmişik, harada isə yerində sayırıq. Yəni, bunlar bizə sabahları daha ölçülə bilən nəticələr verə biləcək.”

Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov bunları deyib:

“Bu il Qazaxıstan Respublikasının sədrliyi çərçivəsində, “Atameken” Milli Sahibkarlar Palatasının iştirakı ilə Türk Ticarət və Sənaye Palataları Birliyinin növbəti toplantısını keçiririk. Bu gün səkkiz dövlətin palata rəhbərləri bir araya gəliblər. Məqsəd biznes dairələri adından oktyabr ayında Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Sammitinə konkret təkliflər hazırlamaqdır.

Biz artıq may ayında Astanada görüşmüşdük. Bu il Qazaxıstanın gündəliyi kifayət qədər genişdir. Təkliflərimiz sənaye kooperasiyasının gücləndirilməsi, ticarət və sənaye əlaqələrinin inkişafı, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də biznes proseslərinin rəqəmsallaşdırılması ilə bağlıdır. Bu istiqamətlər üzrə işlər artıq aparılır və bu gün görülən işlərin müəyyən nəticələrini müzakirə etmək istəyirik.

Toplantıda Türk İnvestisiya Fondunun rəhbərliyi də iştirak edir. Fondun fəaliyyəti və maliyyələşdirilməsi prioritet hesab olunan layihələr təqdim ediləcək. Eyni zamanda, ticarətin genişləndirilməsi üçün tərtib olunmuş biznes platformaları nümayiş etdiriləcək.

Bu gün Türk Ticarət və Sənaye Palataları Birliyi getdikcə daha fəal fəaliyyət göstərir. Məqsəd bu qurumu tük dövlətlərinin biznes nümayəndələrinin qarşılıqlı əlaqəsini və dəstəyini təmin edən tamhüquqlu mexanizmə çevirməkdir. Buna görə də Birliyin institusional inkişafı və gələcəkdə tamhüquqlu beynəlxalq təşkilat kimi formalaşması məsələləri də müzakirə olunur.

Biz həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, biznes proseslərinin rəqəmsallaşdırılması, inzibati maneələrin aradan qaldırılması və iqtisadiyyatlarımız arasında qarşılıqlı bağlılığın gücləndirilməsi üzərində işləyirik. Bütün bunlar tük ölkələrinin biznes dairələrinin fəaliyyətini daha da asanlaşdırmalıdır.”

İldırım Musayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*