Astanada Xocalı faciəsinin ildönümü münasibətilə anım mərasimi keçirilib – FOTOLARbackend

Astanada Xocalı faciəsinin ildönümü münasibətilə anım mərasimi keçirilib - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı Soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

KONKRET.az-ın məlumatına görə, mərasimin təşkilatçısı Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Nağı Kərimovdur.

Onun ailəsi 1937-ci ildə Ermənistandakı tarixi torpaqlarımızdan sürgün olunub. Nağı Kərimov ölkəmizin hüdularından kənarda yaşasa da, onun ürəyi daim Azərbaycanla döyünür.

Qazaxıstanın ictimayət nümayəndələrinin qatıldığı tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən dəhşətlərdən söz açılıb. Bildirilib ki, həmin gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal olunub və Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım həyata keçirilib.

Daha sonra isə Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.

Təbdirdə çıxış edənlər Xocalı faciəsini bəşəriyyətin ən qanlı hadisələrindən biri adlandıraraq, bu cinayəti törədənlərin hələ də hüquqi məsuliyyətə cəlb olunmadıqlarını xatırladıblar. Qazaxıstandakı Azərbaycan icmasının və yerli Qazax xalqının nümayəndələrinin qatıldığı anım mərasimində şəhidlərin ruhuna dualar oxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*