“Atası intihar edən erməni hərbçidən heç bir məlumat yoxdur” – Xaçatryanbackend

"Atası intihar edən erməni hərbçidən heç bir məlumat yoxdur" - Xaçatryan

“Atası intihar edən erməni hərbçi heç kimlə əlaqə saxlamır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Vardenis şəhərinin meri Aharon Xaçatryan məlumat verib. O bildirib ki, oğlunun ölüm xəbərini  alaraq atası intihar edən hərbçi ilə sonuncu dəfə döyüşlərdən iki gün sonra əlaqə saxlanılıb, o vaxtdan bəri ondan heç bir xəbər yoxdur.

“Faciəli hadisə baş verən zaman gecə saat 3-4 radələrində əsgərin atası özünü asıb, saat 5-7 radələrində oğlan evə zəng edərək onunla hər şeyin qaydasında olduğunu bildirib. Həmin zəngdən iki gün sonra hərbçi yenidən zəng etsə də, bundan sonra əlaqə saxlamayıb. Hazırda oğlan haqqında məlumat yoxdur.

O, müqaviləli hərbçi olub, onun Rusiyada yaşayan bir bacısı və qardaşı var”, – deyə Xaçatryan bildirib.

Xatırladaq ki, döyüşlərin ilk günündə Vardenis sakinlərindən biri oğlunun öldüyünü biləndən sonra intihar edib. Lakin intihardan sonra oğlunun ölümü ilə bağlı məlumatlar təkzib edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*