2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi S.Sarıyev könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub.
Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik, qəhrəmanlıq və şücaət göstərib.
Oktyabrın 23-də Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Samir Sarıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. \\yenisabah





