Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuat katibi Kakageldi Çarıyardurdıyevi işdən çıxarıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Çarıyardurdıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
Qeyd olunub ki, “Bereketli Toprak”qəzetinin baş redaktoru vəzifəsində çalışmış Azat Cepbarovu prezidentin yeni mətbuat katibi təyin edib.
Məlumata görə, Çarıyardurdıyev mətbuat katibi vəzifəsinə Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dövründə təyin edilib.
İqbal Rzayev,
KONKRET.az
