Qondarma atəşkəs vəziyyətində Rusiya bir il ərzində böyük potensial toplayacaq. O zaman təcavüzkar Avropanı işğal etmək ssenarisindən istifadə edib, Üçüncü Dünya müharibəsinə yol aça bilər.
KONKRET.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
Kovalenkonun sözlərinə görə, mümkün atəşkəs ili ərzində Rusiya hərbi potensialını ciddi şəkildə artıracaq:
“Bu müddət ərzində təcavüzkar ölkə 4,5 minə qədər tank, 9-10 min zirehli döyüş maşını, 5 min ədəd artilleriya sistemi toplaya biləcək.
Bundan əlavə, işğalçılar çoxlu raket toplayacaqlar: 1000-ə qədər X-101/555, 400-ə qədər “Kalibr”, 250-350-dək 9M723 OTRK “İsgəndər”, 50-70-dək X-47M2 “Xəncər”, 15-20-dək 3M22 “Zirkon”… Sursata gəlincə, həm yerli istehsal (ildə 2,5 milyon patron), həm də İrandan və xüsusən də KXDR-dən gələn tədarüklər nəzərə alınmaqla: bütün növ patronlardan 10 milyondan çox tədarük ediləcək”.
O bildirib ki, aylıq itkilər olmadıqda və səfərbərliyin hazırkı səviyyəsini qorumaqla Rusiya 1,1-1,2 milyon nəfərlik piyada komponentinin formalaşmasına nail olacaq.