“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİbackend

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

“Qarabağ” hücumçusu Kamilo Duran üçün bu yay bir neçə təklif alıb.

KONKRET.az  xəbər verir ki, kolumbiyalı forvard üçün Avropa və Asiya klublarından təkliflər alan Ağdam təmsilçisi onu buraxmaq istəməyib.

Belə ki, Qurban Qurbanov Duranın komandadan gedişinə razı olmayıb. Futbolçu “Qarabağ”ın oyun sistemində önəmli rol oynadığı üçün hələ bir neçə il komandada qalacaq.

Qeyd edək ki, 24 yaşlı hücumçunun “Qarabağ”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2025-ci il avqust ayından Ağdam klubunda oynayır. Duran “Lusitania”, “Eştrela Amadora”, “Portimonense” klublarında çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*