Netanyahudan ABŞ-la bağlı ŞOK PLANbackend

Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında əldə edilməsi planlaşdırılan yekun razılaşmaya mane olmaq üçün genişmiqyaslı diplomatik və media kampaniyasına başlayıb. CNN telekanalına açıqlama verən israilli mənbə bildirib ki, Netanyahu bu məqsədlə birbaşa Vaşinqtondakı siyasi çevrələrə təsir etməyi hədəfləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hökumətinin başçısı ABŞ Prezidenti Donald Trampın mövqeyini dəyişmək üçün iki əsas kanaldan istifadə etməyi planlaşdırır. Məlumata görə, Netanyahu öz təsirini media sahəsində sağçı auditoriyaya malik olan şəxslər, xüsusilə tanınmış podkast aparıcısı Mark Levin, həmçinin ABŞ Konqresindəki “dost” senatorlar vasitəsilə həyata keçirməyə çalışacaq.

Netanyahunun strateji qənaəti isə bədbindir. Mənbənin sözlərinə görə, İsrailin Baş naziri Tehranın öz nüvə proqramını məhdudlaşdırmaq niyyətində olmadığına əmindir. O, İranla imzalanması nəzərdə tutulan yekun razılaşmanın sadəcə görüntü xarakteri daşıyacağını və əslində real bir sülhün mümkün olmadığını hesab edir. Bu yanaşma, Donald Trampın İranla bağlı yeni diplomatik kursunun Tel-Əvivdə ciddi narahatlıqla qarşılandığını və İsrailin bu prosesi dayandırmaq üçün bütün resurslarını səfərbər edəcəyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*